Aze | Fas | Eng

AYDIN BAXIŞI

GADP sözcüsüMahmid Bilgin

İranda seçgilərlə bağlı müsahibə

Dr.Səbri Təbrizli

Mashallah rezmi

Maşallah Rəzmi

Uyğur türkləri və İran rejimi

 

Azərbaycan Bilim OcağıAzərbaycan
Bilim Ocağı

Hər həftə Paltalkda

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İlk dəfə olaraq Avrupada yürüyüş aksiyası keçirildi.

İlk dəfə olaraq Avrupada yürüyüş aksiyası keçirildi.Güney Azərbaycan milli hərəkəti yeni bir ilkə qol çəkərək, İsveçdə yürüyüş aksiyası düzənlədi. İskandinaviya ölkələrindən İsveçin Göthenburg şəhərinə axın edən Azərbaycan sevdalıları tənətənəli bir göstəriyi tarixdə qeyd etdilər.


İsveçin hava durumunun zor olmasına baxmayaraq, 21 Azər komitəsi tərəfindən düzənlən bu yürüyüşə bir çox İsveçli, Güney və Quzey Azərbaycanli, Türkiyə ve ... qatılanlar oldu.

 

Aksiya iştirakçiları Güney Azərbaycan siyasi məhbuslarının o cümlədən Yürüş Mehrəli beyli və Dr.Lətif Həsənlinin dərhal buraxılmasını və məhkəməyə göndərilən milli öncüllərdən himayə olaraq, sıiloqanlar və plakardlar nümayiş etdilər.


“Güney Azərbaycan öz müqəddəratini təyin etməlidir” pankardını əsas şuar kimi qaldıran  aksıya qatılımcıları 21 Azər, 12 Dekabr, (Güney Azərbaycan Dövlətçilik günü) və 17 Dekabr,26 Azər, (Güney Azərbaycan Soyqırım Günü)-nü də əzizlədilər.
İranda Azərbaycan qadınlarına qarşı uyqulanan vəhşicə çağ dışı cəzalandırma metodunun simvoluna dönüşən, Səkinə Məhəmmədi Aştiyaninin resimləri numayiş etdirilən yürüyüşdə İdam və daşqalağın durdurlmasını tələb etdilər.


Aksiyaya GADP, GAMOH, Oğuzlar qurupu, AZOH və digər təşkilatlardan qatılanlar oldu. Güney Azərbaycanın durumu ilə bağlı hazırlanmış buruşur camaata paylandı.


Yürüyüş Qətnamənin oxunması ilə sona ərdi.

(Şəkillər aşağıda əlavə olunub)

 

İsveç 21 Azər Yürüyüşünün Qətnaməsi

İlk dəfə olaraq Avrupada yürüyüş aksiyası keçirildi.İkinci dünya savaşının sonları və Soyuq savaşın başlanışının ilkin qurbanı şübhəsiz Azərbaycan türk millətidir. Fars şovinisminin sömürgəçəliyindən qurtarmaq istəyən Güney Azərbaycan xalqı 1945-ci ildə öz milli hökümətini quraraq, zamanın demokrat ölkələri sırasında dəyərlənmək istəyirdi ama irticai İran höküməti dünya güclərinin iş birliyi ilə Güney Azərbaycanı işqal edərək, bəşər tarixinin dəhşətli bir faciəsinə qol çəkdi.

 

Zamanın şərtlərinə baxaraq dünya Azərbaycan millətinin səsini dinləmək istəmədi və elə bu üzdən də o cinayətlər indi də Fars rasismi və onun indi ki varisi olan, iran islan cümhuriyyəti tərəfindən davam etdirilməkdədir. İnsanları asmaq, daşqalaq etmək, ziyalıları terror, işkəncə etmək iran hökümətinin gündəlik işi olmuşdur. Şübhəsiz bu cinayətlərin qarşısını almaq, yalnız dünya kamo oyunun diqqəti və dövlətlərin basqısı ilə mümkündür. Dolayısıyla İsveç yürüyüş aksiyasının qatılımcıları olaraq:


21 Azər (12 Dekabr) Güney Azərbaycan dövlətçilik gününü təbrik edir. Güney Azərbaycanın müqəddəratını öz iradəsi ilə bəlirləmə haqqını dəstəkləyirik.


26 Azər (17 Dekabr) Güney Azərbaycanın işqal olunması və soyqirima məruz qaldığının simbolik günüdür. Fars rasist ordusunun əli ilə qətl etdirilən bütün insanlarımızın anısını hörmətlə yad edərək, İnanırıq ki 1946-ci ilinin güney Azərbaycan soyqırımı faciəsinin gərçək böyütlarını dünya ictimaiyyatına çatdıraraq, məhkum edilməsi, bu vəhşiliklərin təkrar olunmasının qarşısın ala biləcək. Bu üzdən Azərbaycan siyası- ictimai quruluşlarından bu məsələnı uluslararası məhkəmələrə daşımaqlarını tələb edirik.


Güney Azərbaycan milli Hərəkətinin liderlərindən olan Ayat Mehrəli və Dr. Lətif Həsəni 8 aydır ki İran İttilaat-nın infiradi həbisxanasında işkəncə altındadırlar. Milli hərəkətin öncüllərindən olan 12 fəall məhkəmələrin gözləyirlər. Bir çoxlu milli aktivist iranin ədalətsiz məhkəmələrində həpis cəzasına məhküm olaraq, indilikdə zindanlardadırlar.

 

Bütün milli aktivistlərdən himayət edərək, dər hal sərbəst buraxılmalarını istəyirik
İran islam cümhüriyyəti meydanlarda asmaq, daşqalaq etmək, əl- qol kəsmək kimi çağ-dışı və işkəncə nitəliyində olan cəzalandırma metodunu, özəlliklə Güney Azərbaycanda uyqulamağa israrlıdır. Bunların yalnız bir kiçik nümunəsi Səkinə Məhəmmədi Aştiyanidir. Bu tür cəzalandırmayı qınayaraq, durdurlmasını tələb edirik.

 

Güney Azərbaycan milli hərəkatı sivil və şiddətsiz bir hərəkətdir. Dolayısıyla hər tür şiddəti və terroru özəlliklə İsveçdə baş verən terror saldırısını məhküm edirik.

 

İsveç- Göteborg
18 dekabr 2010

 

21 Azer 1945 Isveç yürüşü

21 Azer 1945 Isveç yürüşü

21 Azer 1945 Isveç yürüşü

21 Azer 1945 Isveç yürüşü

21 Azer 1945 Isveç yürüşü

21 Azer 1945 Isveç yürüşü

21 Azer 1945 Isveç yürüşü

21 Azer 1945 Isveç yürüşü

21 Azer 1945 Isveç yürüşü

21 Azer 1945 Isveç yürüşü

 

Azlink

DAK

DAK guney

Açıq söz

GünaskamTebriz video film radio

Baybek

Şairlər

Sözümüz

Gamoh

Azər Radio

Azerbaycan Online

milli herekat

Qayncaq

our south azerbaycan

 

ADAPP

yurdnet

Direnish

Azadtribun

Dünya Azərbaycanlılarin Haqlarinin Mudafiyə Komiyəsi

Durna

Öyrəncı

Varlıq

Azər türk

Xalq cebhesi

Medya Forum

Ayna

525 ci Qazet

Today

Yeni Azərbaycan

© 2011 www.anayurd.info | mail@anayurd.info