Çin konsulluğu qarşısında etiraz mitingi keçiriləcək
Diktator Çin Hükümətinin uyğurlara qarşı soyqırım siyasətini qiniriq
Sayqı dəyər soydaşlar və azadlıq sevən insanlar!
1949-cı ildə özgür Doğu Türküstan ,muxtar bir vilayət kimi Çin ölkəsinin bir bölümü olmaq mecburiyyətində qalmışdır. Totaliter, şövinist və sümürgəçi Çin hakimiyyəti 25 milyon Uyğur Türklərini asimilə etməklə, Türk və musalman varlığı və mədəniyyətini məhv etməyi planlamışdır . Uyğurları öz torpaqlarından didərgin salmaq üçün bütün araçlardan istifadə etmiş və Uyğur Muxtar Vilayətinin etnik tərkibini dəyişmək siyasətini həyata keçirmiş, bu məqsədlə Çinin ayrı-ayrı əyalətlərindən çoxsayda çinliyi köçürdərək Sincan əyalətində yerlaşdırmışdır. Beləliklə zaman zamn qanlı olayların yaranmasına imkan yaradmışdır.
İyulun 5-dən başlayaraq Çinin Sincan əyalətində – Uyğur Muxtar Vilayətinin paytaxtı Urumçu’da Türk və musalman Uyğurların dil , tarix ,kultur,inanc və varlığı soyqırımına məruz qalmişdir.
Çinin silahlı hərbi gücləri və Urmuçu’da yerləşdirilən Han çinliləri tərəfindən silahsiz Uyğur Türklərinə qanlı basqı yapılmış Yüzlərcə insan şəhid olmuş ,minlərcə yaralı və minlərcə də tutuqlanmışdir.
Kominist partiyasinin rəsmi açıqlamalarına görə hələ yüzlərcə “suçlu” uyğur edam hökm ilə yarqılanmış, demək ki yüzlərcə günahsız Uyğur Türklərinin idam edilməsi gözlənir.
Beynəlxalq və özəlliklə musalman ölkələri öz maddi çıxarları asasila , insaniyyətə qarşı işlənən suça, yenə də seyrci mövqeyini dəvam etdirirlər, bu arada Türkiyyə cümhüriyyətinin açıqca bu cinayətləri soyqirim adıla məhküm etmesi dünya mədəniyyətlərinə örnək olmalıdır.
Güney Azərbaycan Demokrat Partiyasi Uyğur Türklərinə qarşı soyqırımı məhküm etmək üçün İsvəcin Göteborg şəhrində etiraz mitinqi tədaruk görüb.
Diktator Çin Hökümətinin uyğurlara qarşı soyqırım siyasətini qinamaq və
Uyğur Türklərinin məzlumiyyətini və haqlı səsini dünya ictimaiyyətinə çatdırmaq üçün Göteborgda Çin konsulluğunun qarşısinda əl- ələ verməklə sivil formda etiraz mitingində iştirak etmənizi rica edirik.
Yer : Göteborg saluhallen- Çin konsulluğunun qarşısı
zaman: Üçüncü gün (çərşənbə) 22 İyul 2009 saat 14 dən 15 dək
Güney Azərbaycan Demokrat Partiyasının İcra qolu
2009-07-17

