Çində uyqur türklərinin soyqırımına qarşı
Stokholmda etiraz aksiyası keçiriləcək!
Bildiyiniz kimi, Çində yaşayan uyqur türklərinə qarşı illərdi nizamlı şəkildə Çin hakimiyyəti tərəfindən hər tərəfli ... iqtisadi, siyasi, mədəni basqı davam edir. Buna qarşı çıxan uyqur türklərinin daim səsini kəsmək üçün təzyiqin istənilən formasından istifadə edilmişdir. Bu gün isə onları kütləvi şəkildə öldürüb, məhv edirlər. Təkcə son günlərdə verilən məlumatda bildirilir ki, 156 nəfər uyqur türkü ictimai yerlərdə vəhşicəsinə qətlə yetirilib. Bu cinayətlərə son qoymaq üçün Stokholmda yaşayan uyqur türklərinin təşəbbüsü ilə etraz aksiyası keçiriləcək. Bu etiraz aksiyasında Türkiyə türkləri və Azərbaycan türkləri fəal iştirak edəcəklər. Biz də öz növbəmizdə yurddaşlarımızdan xahiş edirik ki, uyqur qardaşlarımızın haqq səsinə səs versinlər.
Unutmayaq, uyqur türklərinin belə bir ağır günündə bütün türk dünyasının birləşməsi milli borcdur! Həm də bu birləşmə ilə bu gün bölünüb parçalanmış türk dünyası birliyini nümayiş etdirməlidir!
Zaman: Cümə günü, 10 iyul 2009 cu il
Saat: 14: 00
Məkan: İsveç Parlamentinin yaxınlığında yerləşən Mintorget























