Urmu Gölü tədbiri və 21 Azər Mərasimi necə keçdı?
Urmu dənizin qorunması ve 21 Azər Milli Hakimiyyetin 65-ci ildönümü münasibətilə keçirilən tədbirə 9-u uşaq 50 nəfər qonaq qatıldılar. Tədbir çox sanballı və səmərəlı söhbətlər ilə keçdı.
Fəxrı qonaqlardan turkoloq Arif Rəhimoğlu, danimarka millət vəkili H. Arac, tarixçı və şair İlhan Əsən və eləcə də Güney Azərbaycan Demokrat Partiyasinin təmsilçisi və sözcüsü M.Bilgin çox marağlı və dolu bilgiləri ilə qonaxları məmnun qıldılar.
Tədbirdə 21 Azər Milli Hakimiyyətinin 65-ci ildönümü qutlandı. Milli bayram haqqında və onun uca şanına layiq sözlər söyləndı. Tədbirin sonunda isə bəzi qonaqların iştiraki ilə Urmu dənizin qorunması üçün kampaniya yarandı. Tədbirdə nitq edən qonaqlar Urmu dənizi faciəsinin bir lokal deyil, belkə qlobal bir faciə olduğunu dilə gətirdilər və bu problemin dünya gündəminə gətirilməsinə dair çaba göstərəcəklərinə söz verdilər.
Qonuşmacılar:
İlhan Əsən ( Skandinaviya Türk Federasyonu başqanı, tarixçı və şayir) ![]()
Mahmid Bİlgin (Güney Azərbaycan Demokrat Partiyası sözcüsü) ![]()
Hüseyn Araç (Danimarka parlemani millət vəkili) ![]()
Arif Rəhimoğlu (turkuloq, araşdırmacı) ![]()



