Diyaloq toplantısına dəvət

AMSTERDAM, Dekabr 12-13, 2009
Hormətli soydaşlar!
Güney Azərbaycan Milli Hərəkətinin təcili istəkləri əsasında hər kəsdə şəxsi məsüliyyət hissi artsa da onu bir istiqamətə yönəltmək məcbüriyyətindəyik. Ona görə biz Hollandıyada yaşayan Azərbaycanlılar bir sıra müzakirelərdən sonra böylə qərara geldik ki, bu il Milli Hərəkətin şanlı günü 21-AZƏR ittifaqının il dönümü ilə əlaqədə (Dekabirın 12 ve 13-ü) xaricde yaşayan Güney Azerbaycanlı milli fəalların arasında bir diyaloq toplatısı təşkil edək. Sözsüz ki müzakirə obyektin mahiyyətinə görə bu seminar heç bir təşkilatla bağlılığı olmayacaq, sadace amac və əsas istək güneyli soydaşlar arasında şərtsiz bir dialoğun yaranması olacaq. Və sırf ona görə də bu məktubla bütün milli fəalları səmimiyyətlə bu toplantıya dəvət edib və sevinclə qarşılamaq niyyətindəyik.
Programın detalları yaxın günlərdə elan olacaq ancaq indilik umumi çərçüvə olaraq üç bölümdən ibarətdir:
1. şənbə günü saat 9.00- 15.00 arasında: Seminar (və workshop)
2. Saat 15.00-20.00: 21-AZER münasibətiylə konsert və çeşitli proqramlar
3. Bazar günü saat 8.00-12.00 arasında: Seminarın davamı (və seminardan alınan qərarlar)
Xatırlatmalıyıq ki hoteldə otaq rezervasıyonu üçün ən gec Noyabr ayının sonuna qədər xəbər verməliniz rica olunur ya da internetden otaq rezerv edəbilərsiniz. www.bestwestern.nl
Hotelin adresi: Blue Tower Hotel
Leeuwendalersweg 21, 1055 JE Amsterdam
Tel : 0031-20-5800360
Fax: 020 580 03 69
Zalın adresi: Nova College
Burgemeester Hogguerstraat 2
1064 EB Amsterdam
Hollandıyada Yaşayan Azərbaycanlılar tərəfindən
Araz Muganlı
Tel: 0031654973754 e-yazı: arazmuganli@yahoo.com
Elnur Merendli
Tel: 0031643136822 e-yazı: merendli@yahoo.com
Muxtar şəms
Tel: 0031650850625 e-yazı: muxtars@yahoo.com

