31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü
münasıbətile Güney Azərbaycan Demokrat Partıyasının tebriki.
31 Dekabr 1989-cu il – əsrlərlə milletimizi bir-birindən ayıran, sınır məftillərinin sökülməsi ile sonuclanan, milli birlik və milli həmrəylik yönündə atılan cəsarətli bir addim ve içimizdə yaşatdığımız umid və arzularımızın gərçəkləşdiyi tarixi bir gündür....
31 Dekabr həm də,bir yanda Rus əsarəti, digər yanda Fars sovinizmi, iskencesi ve zulmu altında inləyən millətimizin bir araya gəlməsi və həmrəylik numayiş etdirməsi uğrunda atılan cəsarətli addım və siyasi - tarixi dəyərli bir andır.
Dəyərli yurddaşlarımız!
Millətimizin taleyuklu problemlərində - Güney Azərbaycanımızda gedən milli herekatın və bu herekatın sonunda millətimizin öz milli haklarına sahıb olması, digər yandan Qarabagın düşmən tapdagından azad edilmesi və tarixi cinayet sayılan Xocalı soyqirimini törədən düşmənlərimizin layıq olduqları cəzanı alması üçün milli birliyə və milli həmrəyliyə daha çox ehtiyacimiz var.
Dünya siyasətində Azərbaycanımızın maraqlarının təmin olması,Güney Azərbaycanımızın dövlətçiliyinə qovuşması üçün hər bir azərbaycanlının milli həmrəylik yönündə ciddi ,əməli addımlar atması, bu yöndə ezmkarlıq göstərməsi vacıbdır.
Biz Güney Azərbaycan Demokrat Partıyası olaraq qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü munasibətilə millətimizi , dünya azərbaycanlılarını və umumilikdə Türk dünyasını təbrik edir, milli həmrəylik və milli birlik yolunda ugurlar diləyirik.
Yaşasın milli həmrəylimiz və milli birliyimiz!
Güney Azərbaycan Demokrat Partıyası
29 dekabr 2009-cu il.

