Güney Azərbaycanın milli siyası faalarin məhkəməsi işkəncə verənlərin məhkəməsinə çevirildi!
Dəyərli soydaşlar
Bildiyiniz kimi Yanvarın birində, yeni il münasibəti ilə dünya şənlikdə olarkən Güney Azərbaycanlıların siyası bir qurupunun milli və insanı haqlarımızdan müdafiə etdikləri üçün aylar ağır işkəncələrdən sonra məhkəmləri olmuşdur.
Xatırladaq ki şovinist İran rejimi, 8 ay öncə, Güney Azərbaycan milli hərəkatının tanınmış siyası təşkilatlarından olan GAMOH-a, hücüm edərək, 15 nəfər tanınmış üyəsini tutuqlanmış və ağır şıkəncələrə məruz qalmışdırlar. Yürüş Mehrəlibəglunu 11 gün yuxusuz ayaq ustu saxlanmış, Ustad Əkbər Azadın dişini sındırmış, Yünis Süleymani-ni elktirik şok vererek, qəlb kerizinə səbəb olmuşlar. Sona və Pinar tək qahraman bacılarımıza ağır işkəncələr yapmışdılar.
Məhkəmə günü milli qahraman fəallarımız İran rejiminin öz ana yasasına dayanaraq milli varlığımızdan difa edərək, tək tək öz başlarına gələn ağır durumu və axlaqsız davranışları söyləyərək rejimin məhkəməsini, işkəncə verənlərin məhkəməsinə çevirmişdilər. Məhkəmənin nümayişi olması ordan bəlliydi ki rejimin dadistani tərəfindən kimsə məhkəməyə qatılmamışdı ki öz söz qonusu olan ittihamları müdafiə etsin. Beləliklə milli qahrəmanlarımıza vurulan töhmətlərın təsbit olmadığından, qazı hələlik bir hokm verə bilməmiş və pərvəndələrin naqis olduğunu idda etmişdir.
Yuruş mehralı beyli və lətif hasanlı aclıq aksiyası keçirdirlər
Dəyərli vatandaşlar: milli qahramanlarımızdan olan Yürüş Mehrəlıbeyli və Lətif Həsənli, yaxlaşıq 7 aydan sonra İttilaat infiradi sillülundan Təbriz zindanının özəl bölümünə keçirilmişlər və oranın vəziyyətinin pis olduğundan 3 gündür ki aclıq aksiyasına başlamışlar.
Güney Azərbaycan Demokrat Partiyası olaraq, azadlıqda və ya zindanda olan qahramanlarımızdan himayət edərək, onların bu dəyərli fədakarlıqlarını milli hərəkətin təşkilatlanma yolunda verilən həzinələr olaraq dəyərləndiririk . Güney Azərbaycan Milli herəkatı elə bir duruma gəlib çatib ki taşkilatlanmanın əhəmiyyətini dövlətçiliyimizə gedən yalnız yolu kimi gün bə gün yayqınlaşır və gərçəkləşir. Umud edirik ki təşkilatların adından asılı olmayaraq bu yolda milli qahramanlarımızın yanında olaq.
Yaşasın milli azadlıq yolunda mücadilə eden milli qahramanlarımız!
Güney Azərbaycan Demokrat Partiyasının mərkəzi komitəsi
(GADP)
02.01.2011

