Aze | Fas | Eng

AYDIN BAXIŞI

GADP sözcüsüMahmid Bilgin

İranda seçgilərlə bağlı müsahibə

Dr. Sebri TebrizliDr.Səbri Təbrizli

İranda siyasi rejim artıq ikiyə bölünüb

 

Mashallah rezmi

Maşallah Rəzmi

Uyğur türkləri və İran rejimi

 

Azərbaycan Bilim OcağıAzərbaycan
Bilim Ocağı

Hər həftə Paltalkda

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Güney Azərbaycanda nələr baş verir

İndi həmin formal xarakterli seçkilərdən biri – İran İslam Cumhuriyyəti prezidenti seçimi gündəlikdədir. Anayasaya görə, prezident dövlətin sınırlı icra gücünün bir parçasıdır. Bəri başdan da aydındır ki, millət öz istədiyi şəxsi yox, rejim yönəticilərinə gərək olan, onlar tərəfindən  müəyyənləşdirilən və hansı biri “seçilsə” də rejimə xidmət edəcəyi şübhə doğurmayan dörd rejim kadrından birini prezident seçməlidir. Elə ona görə də, rejim yönəticilərinə gərək olmayan bütün başqa kadrlardan heç birinin adaylığı qeydə alınmamış və onlar öncədən çıxdaş edilərək prezident seçkilərindən uzaqlaşdırılmışlar.


İran İslam rejimi öz antidemokratik davranışını ört-basdır edib özünü demokrat göstərmək və xalq içərisində seçkiyə maraq yaradıb daha çox adamın səsverməyə qatılmasına nail olmaq üçün hətta radio-televiziya dartışmaları da təşkil etmiş, müzakirələr açmış və rejimin bəlirlədiyi dörd adayın öz baxışlarını, nəzərlərini bildirmələrinə şərait yaratmışdır. 


İndiki seçkinin öncəkilərdən başlıca fərqli özəlliyi burasındadır ki, artıq rejim Güney Azərbaycan faktorunu görməzlikdən gələ bilmir və 2006-cı il 2 Xordad (22 May) Azərbaycan Milli Qalxışının bütün ölkəyə etgisi özünü prezident seçkisində də göstərməkdədir. Artıq seçki öncəsi kampaniyalarda birbaşa Azərbaycan milli hərəkatı ilə bağlı münasibətlər səsləndirilməkdədir.  Eyni zamanda, prezidentliyə adayların Anayasanın 15-ci və 19-cu maddələrindən, məhəlli parlamentlərdən və üstüörtülü olaraq federalizmdən danışmaları çox mətləblərdən xəbər verməkdədir.


Öz adaylığını Təbrizdən irəli sürüb “Mənim təşkilatım Azərbaycandır!” deyən Əkbər Ələminin adaylığının rədd edilməsi heç də təsadüfi sayıla bilməz. Şübhə yoxdur ki, Əkbər Ələminin 22 May Azərbaycan Milli Qalxışını dəstəkləməsi rejimin onu təkcə İran Məclisinə seçkilərə yox, həm də prezident seçkilərinə buraxmamasına səbəb olmuşdur.


Rejim bir yandan Azərbaycan milli hərəkatını aday verməkdən məhrum edir, o biri yandan isə kökəncə Azərbaycan Türkü olan Musəvini ortaya atır. Təbii ki, bu kimi gedişlərlə rejim həm milli hərəkatın yönünü dəyişdirməyə, həm də Azərbaycanlıların seçkiyə aktiv qatılması ilə rejimin məşruluğunu gücləndirməyə çalışır. 

 

Rejimin əl atdığı çeşidli gedişlərə baxmayaraq, Güney Azərbaycan milli hərəkatı indiki prezident seçkisində düzgün yol tutmuş, prezidentliyə adayların Güney Azərbaycandakı bütün toplantılarında milli istəkləri önə çəkməyi bacarmışdır. Artıq bu mərhələdə İran adlanan ölkə üzrə Azərbaycan Türkcəsinin rəsmi dil olması, Milli Parlamentin yaranması, federalizm sistemi və bu kimi məsələlər əmniyyəti məsələ olmaqdan çıxmış və geniş kütlələr içərisində yayılmışdır.


Güney Azərbaycan Demokrat Partiyası gerçəkçi bir siyasi partiya olaraq öz millətinin gücünə əmindir və inanır ki, Güney Azərbaycanda millətin milli və insani haqları hər şeydən üstündür. Bu haqlara çatmaq üçün təbii ki, bütün mümkün vasitələrdən istifadə edilməlidir. Bu günədək seçki kampaniyasında deyilə biləcək sözlər deyildi və görülə biləcək işlər görüldü. Ancaq prezidentliyə adaylar içərisində Azərbaycan milli hərəkatının istəklərinə uyğun olası bir aday yoxdur və ona görə də, biz bu seçkini milli çıxarlarımıza zidd sayır və onu boykot etdiyimizi bildiririk.

 

Güney Azərbaycan Demokrat Partıyasının İcra Aparatı
2009.06.09

 

Azlink

DAK

DAK guney

Açıq söz

GünaskamTebriz video film radio

Baybek

Şairlər

Sözümüz

Gamoh

Azər Radio

Azerbaycan Online

milli herekat

Qayncaq

our south azerbaycan

 

ADAPP

yurdnet

Direnish

Azadtribun

Dünya Azərbaycanlılarin Haqlarinin Mudafiyə Komiyəsi

Durna

Öyrəncı

Varlıq

Azər türk

Xalq cebhesi

Medya Forum

Ayna

525 ci Qazet

Today

Yeni Azərbaycan

© 2011 www.anayurd.info | mail@anayurd.info