Aze | Fas | Eng

AYDIN BAXIŞI

GADP sözcüsüMahmid Bilgin

İranda seçgilərlə bağlı müsahibə

Dr. Sebri TebrizliDr.Səbri Təbrizli

İranda siyasi rejim artıq ikiyə bölünüb

 

Mashallah rezmi

Maşallah Rəzmi

Uyğur türkləri və İran rejimi

 

Azərbaycan Bilim OcağıAzərbaycan
Bilim Ocağı

Hər həftə Paltalkda

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dünya uyğur qətliamına laqeyd yanaşır


Uyqur türklərinə basqiElxan Şahinoğlu: "Qərb Çinlə iqtisadi əlaqələrə üstünlük verir, ona görə də baş verən olaylarla bağlı sərt mövqe nümayiş etdirməkdən çəkinir". Çinin Sincan-Uyğur Muxtar bölgəsindəki qətliamlar, iğtişaşlar ara vermir. Hadisələrə səbəb bir oyuncaq fabrikində zorla işlədilən uyğur qadınlara qarşı əxlaqsızlıq olub. Digər məlumatlarda isə çinlilərin iki uyğuru öldürməsinin halisələri şiddətləndirdiyi bildirilir. Türkiyədəki Şərqi Türküstan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Seyid Tümtürk ölənlərin sayının 500-ü keçdiyini bildirib. Onun sözlərinə görə, uyğurlar zorla 3 min km uzaqdakı Şao Guan şəhərindəki oyuncaq fabrikasında işləməyə aparılıblar. Çinli kişilər uyğur qızlarını təcavüzə məruz qoyublar. Uyğur gənclərinin etirazından sonra yaranmış gərginlik səngiyib, ancaq iki gün sonra təxminən 5 min çinli uyğurların yaşadığı yataqxanaya hücum edib və 300 uyğur öldürülüb.

Ramiz Mikayıloğlu

Çinli yetkililərə görə, dəyənək, bıçaq və daşlarla təhlükəsizlik qüvvələrinə hücum edən nümayişçilər 261 maşını yandırıblar, dükan və evlərə xətər yetiriblər. Təhlükəsizlik qüvvəllərinin etirazçıların üzərinə hədəfsiz, kor-koranə atəş açması nəticəsində ortalıq döyüş meydanına çevrilib, yüzlərlə adam ölüb, yaralanıb və həbs olunub. Qan içərisindəki cəsədlər və yaralılar küçələrə səpələnib, Urumçidə telefon və internet kəsilib. Saxlanılanların sorğulanması üçün qonşu vilayətlərdən başqa etnik qruplara məxsus istintaqçılar Urumçiyə gətirilib.


Rəsmi "Sinxua" agentliyi iyulun 5-də iğtişaşda iştirak etmiş 1434 nəfərin həbs edildiyini və 800-dən çox adamın yaralandığını xəbər verib. İyulun 7-də Çinin mərkəzi hakimiyyəti kütləvi iğtişaşların baş verdiyi Sincan-Uyğur muxtar vilayətinin inzibati mərkəzi Urumçu şəhərində komendant saatı elan edib.


Ancaq baş verən fonunda Qərbin proseslərə loyal yanaşması diqqət çəkir. Bəs bu, nədən qaynaqlanır? "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, 1989-cu ildə Pekinin Tyanenmen meydanında olaylar baş verəndə Qərb dövlətləri çox sərt reaksiya sərgiləyiblər. Amma sonradan bu sərtliklərini xeyli dərəcədə yumşaldıblar və Çinlə iqtisadi əlaqələrə üstünlük veriblər. Çin böyük bazardır, oradakı siyasi proseslərdən də gözləntilər. Ölkədə kommunist rejimi hakimiyyətdə olsa da, kapital üsul-idarəli bir iqtisadiyyat var. Belə bir ölkəyə yatırım qoymaq da Qərb dövlətlərinə sərf edir. Ona görə Çini çox sərt tənqid etmirlər. Elxan Şahinoğlu xatırlatdı ki, Olimpiyada oyunlarından əvvəl Tibetdə də oxşar hadisələr baş verib, 19 nəfər qətlə yetirilib. Ancaq o hadisələr fonunda da Pekinə güclü təzyiq olunmayıb. Baxmayaraq ki, Tibetin dini lideri Dalay Lamanın Qərbdə böyük hörməti var, ancaq tibetlilərə mənəvi dəstək verilərək onların haqları qorunmayıb. İndi daha dəhşətli hadisələr Sincan-Uyğur bölgəsində baş verir, yenə də Qərbdə sakitçilikdir. Halbuki qeyri-rəsmi rəqəmlərə görə, ölənlərin sayı 500-ü keçib, hətta 1000 nəfərin öldüyü haqda xəbərlər də gəlir. Yəni vəziyyət gərginləşib və getdikcə də hadisələrin daha da qızışması ehtimalı böyükdür. Həm də nəzərə almaq lazımdır ki, başqa ölkələrdə-Türkiyədə, ABŞ-da, Avropada da böyük uyğur diasporu var. Ancaq buna baxmayaraq, ikili standartlar rol oynayır. Qərb Çini qıcıqlandırmamaq üçün proseslərə qiymət vermir və kənarda qalır. ABŞ prezidenti Barak Obama da Rusiyaya səfəri zamanı jurnalistin bu yöndə sualına cavab verməkdən və proseslərə münasibət bildirməkdən çəkindi. Barak Obama bu haqda dəqiq informasiyalara malik olmadığını söylədi. Göründüyü kimi, Vaşinqton da çəkinir və Çindəki proseslərə reaksiya vermir.


Elxan Şahinoğlu qeyd etdi ki, 20-30 il əvvəl Qərb üçün insan haqları, demokratiya dövlətlərarası münasibətlərdə prioritet sayıla bilərdi. "Soyuq savaş" dönəmində ABŞ həmişə SSRİ-dən insan haqlarının qorunmasını tələb edib. Amma zaman keçdikcə müəyyən "reallıqlar" ortaya çıxıb, milli və təhlükəsizlik maraqları önə keçib. İnsan haqlarına da göz yumulmağa başlanılıb: "Harada lazımdırsa, hansı dövlətlə problem varsa, Qərb orada insan haqları və demokratiya məsələsini qabardır. İraqın, Əfqanıstanın timsalında bunu gördük. Amma dövlət böyükdürsə, dünyada sözü keçirsə, böyük iqtisadiyyatı varsa, transmilli şirkətləri özünə cəlb edirsə, o ölkədə pozuntulara o qədər fikir vermirlər, bəzən də göz yumurlar".

 

Qaynaq: Xalq Cəbhəsi qazeti

Türkistan bayrağı və torpaqları

Türkistan bayrağı

Türkistan ölkəsi

 

 

 

 

 

Azlink

DAK

DAK guney

Açıq söz

GünaskamTebriz video film radio

Baybek

Şairlər

Sözümüz

Gamoh

Azər Radio

Azerbaycan Online

milli herekat

Qayncaq

our south azerbaycan

 

ADAPP

yurdnet

Direnish

Azadtribun

Dünya Azərbaycanlılarin Haqlarinin Mudafiyə Komiyəsi

Durna

Öyrəncı

Varlıq

Azər türk

Xalq cebhesi

Medya Forum

Ayna

525 ci Qazet

Today

Yeni Azərbaycan

© 1945-2009 Güney Azərbaycan Demokrat Partiyası | info@anayurd.com